Yükləmək
React freymvorku tədrici adaptasiya fikri ilə dizayn olunub. Ehtiyacınız olan qədər az və ya çox React istifadə edə bilərsiniz. Bu hissə sizə React-i yoxlamaq, HTML səhifəyə bəzi interaktivlik əlavə etmək və s. kimi işlərdə yol göstərəcəkdir. Həmçinin kompleks React applikasiyaya başlamaq üçündə bu hissə sizə başlamağa kömək edəcəkdir.
In this chapter
React-i yoxla
React ilə başlamaq üçün heç bir şey yükləməyinizə ehtiyac yoxdur. Bu sandbox-da yoxlaya bilərsiniz!
function Greeting({ad }) { return <h1>Salam, {ad}</h1>; } export default function App() { return <Greeting ad="dünya" /> }
Siz onun birbaşa üzərində işləyə bilərsiniz və ya sağ üst küncdən “Fork” düyməsini klikləyərək yeni bir tab-da aça bilərsiniz.
React dokumentasiyasında əks olunan çox səhifələrdə belə sandbokslar mövcuddur. React dokumentasiyasının xaricində, bir çox sandboks React-i dəstəkləyir: məsələn, CodeSandbox, StackBlitz, yaxud CodePen.
Lokalda yoxlayın
Kompüterinizdə lokalda yoxlamaq üçün, Bu HTML səhifəni yükləyin. Ardıcıl olaraq əvvəlcə editorunuzda, sonra isə browserinizdə açın!
Yeni React layihəyə başlayın
Əgər bütün applikasyiyanı tamamilə React ilə kodlaşdırmaq istəyirsinizsə, Yeni React layihəyə başlayın.
Mövcud layihənizə React-i əlavə edin
Əgər mövcud tətbiqinizdə və ya saytınızda React istifadə etməyi sınamaq istəyirsinizsə, React-i mövcud layihənizə əlavə edin.
Növbəti addımlar
Hər gün rast gələcəyiniz ən mühüm React konseptlərinə baxmaq üçün Qısa Başlanğıc təlimatlarına yönəlin.